Ana Sayfa > Karusel / Region / Problem > Sel 18 nəfərin həyatına son qoydu - 30 yaralı

Sel 18 nəfərin həyatına son qoydu - 30 yaralı


4-05-2022, 17:26. Yazar: Admin

Əfqanıstanın 10 əyalətində güclü yağışlar səbəbindən həyat iflic olub.

 

Qarabaqinfo.az xəbər verir ki, daşqınlar nəticəsində azı 18 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

 

Bundan əlavə, daşqın zamanı 100 ev dağılıb.

 

"Taliban" administrasiyasının təbii fəlakətlərlə mübarizə üzrə dövlət nazirinin müavini Mövləvi Şərafəddin Müslüm vəziyyətlə bağlı açıqlamasında axtarış-xilasetmə qruplarının fəlakət bölgələrinə göndərildiyini, ölən və yaralananların sayının arta biləcəyini bildirib.

 

O, təbii fəlakətin qarşısını almaq üçün lazımi işlərin görüldüyünü vurğulayıb.


Geri dön