Ana Sayfa > Karusel / Gündəm > “Azəriqaz” rəhbərliyi sahibkarlarla görüşəcək

“Azəriqaz” rəhbərliyi sahibkarlarla görüşəcək


4-05-2022, 17:21. Yazar: Admin

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bakının Suraxanı rayonunda təşkil olunacaq.

 

Qarabaqinfo.az-ın "Azəriqaz"a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin rəhbər şəxsləri paytaxtın Suraxanı rayonunun Hövsan şossesində, ticarət mərkəzinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

 

“Səyyar qəbul otağı” saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Geri dön