Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Bağçalara uşaq qəbulu asanlaşacaq” – Emin Əmrullayev
Ana Sayfa > Karusel / Təhsil > “Bağçalara uşaq qəbulu asanlaşacaq” – Emin Əmrullayev

“Bağçalara uşaq qəbulu asanlaşacaq” – Emin Əmrullayev


4-05-2022, 14:13. Yazar: Admin

"Uşaq bağçalarında diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir. Bu göstəricilər ümumilikdə qənaətbəxşdir". 

 

Qarabaginfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

 

Nazir bildirib ki, problemli müəssisələr yenə qalmaqdadır: 

 

"Eyni zamanda işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmaq plandadır. Çünki belə sistem olmadıqda uşaq və müəllim sayı çətinləşir. Düşünürəm ki, yaxın 2-3 ay ərzində proses bitəcək. Bundan sonra təhsil sistemində olduğu kimi, bağçalarda da uşaq qəbulu və işə qəbul şəffaflaşacaq, asanlaşacaq".


Geri dön