Ana Sayfa > Karusel / Region > “Müharibə mayın 9-dan tez bitməyəcək” – Ukraynalı döyüşçü
“Müharibə mayın 9-dan tez bitməyəcək” – Ukraynalı döyüşçü4-05-2022, 13:53. Yazar: Admin |
“Avropalı tərəfdaşlarımızın Ukraynanı silahlandırması bizim şərq və cənub cəbhələrində hökmranlığımızın mümkünlüyü üçün şərtlər yaradır”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Ukraynanın Kiyev vilayəti üzrə ərazi müdafiə briqadasının zabiti, keçmiş ictimai xadim, hazırda döyüşdə iştirak edən Dmitro Kulibaba bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları bəzi yerlərdə irəliləmələrdə çətinlik çəkir:
"Rusların qarşısını mümkün qədər alırıq. Taktiki manevrlər yeni silahların tətbiqi üçün vaxt qazandırır. Onlar enerji infrastrukturunu, dəmir yolu qovşaqlarını dağıtmağa çalışırlar ki, şərqdən texnika daşımaq mümkün olmasın. Bizim üçün şərq hissəsi vacibdir. Ona görə də biz oranın güclənməsinə diqqət yetiririk. Lakin bizdə hər şey onların düşündüyündən daha tez bərpa olunur. Rusiyanı mayın 9-dan sonrakı səfərbərlik belə xilas etməyəcək. Növbəti ay onlar üçün qızmar olacaq".
Döyüşçü müharibənin nə vaxt bitəcəyinə də aydınlıq gətirib: “Əməliyyatların başa çatması ilə bağlı mayın 9-dan sonra proqnoz verə bilərik. Hələlik döyüşü tezliklə başa çatdırmaq üçün heç bir ilkin şərt yoxdur. Rusiyanın həmlələrini gözləyirik”.
İctimai xadim, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyə ilə bağlı fikirlərinə də münasibət bildirib:
“Prezidentdən eşitdiyim yeganə şey Türkiyəni Rusiya ilə turizm sektorunda əməkdaşlığa görə tənqid etməsi oldu. Əslində biz bu barədə susa bilmərik. Tərəfdaşlarımızın hərəkətlərində bizi ruhdan salan məqamları açıq deyirik. Məsələn, Almaniya ilə bağlı iradımızı da bildirmişdik. Belə məsələlərdə açıq olmalıyıq, çünki bizim taleyimiz həll olunur”.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Hazırda müharibənin 70-ci günüdür. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün yaydığı məlumata əsasən, müharibə başlayandan indiyədək Rusiyanın 24 500 hərbçisi məhv edilib. Bundan əlavə, Rusiya ordusunun 87 qanadlı raketi, 2610 zirehli döyüş maşını, 1077 tankı, 491-dən çox artilleriya sistemi, 194 təyyarəsi, 155 helikopteri, 1867 avtomobil texnikası, 10 kater və 38 xüsusi texnikası sıradan çıxarılıb. Ukrayna tərəfi isə itkilərini hələlik açıqlanmayıb. Geri dön |