Ana Sayfa > Karusel / İqtisadiyyat > Hesablama Palatası QHT Agentliyində aşkarlanan əsas nöqsanları açıqlayıb
Hesablama Palatası QHT Agentliyində aşkarlanan əsas nöqsanları açıqlayıb4-05-2022, 13:43. Yazar: Admin |
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində aparılan auditin nəticəsində müəyyən olunub ki, layihələrdə iştirakçı sayı şişirdilir. Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. Vüqar Gülməmmədov deyib ki, beynəlxalq tədbirlərdə də belə hallar var: “Xidmət olunan yer göstərilmir, xidmətin nədən ibarət olduğu sənədlərdə ən yaxşı halda bir sətirli cümlə ilə rəsmiləşir. Ümumiyyətlə tədbirin keçirilməməsi, lakin sənəddə rəsmiləşdirilməsi riskləri yaranır. Vəsaitlərin istifadəsini təsdiq edən sənədlərin, o cümlədən, foto, video şəkillərin olması tələbi Agentliyin hesabatlıqla bağlı inzibatçılığı müəyyən edilir. Bu da səbəbsiz deyil, qrant vəsaitinin, xüsusilə, dövlət vəsaiti əsasında formalaşan qrantın hesabatlılığını təmin etmək mütləqdir”. Geri dön |