Ana Sayfa > Karusel / Təhsil > Birinci siniflərə şagird qəbulu başlayıb

Birinci siniflərə şagird qəbulu başlayıb


4-05-2022, 11:14. Yazar: Admin

Birinci siniflərə şagird qəbulu başlayıb

Bu gün saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Təhsil Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.


Geri dön