Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək.
Qarabaginfo.az xəbər verir ki, ilk oyunda “Mançester Siti”yə səfərdə 3:4 hesabı ilə uduzan “Real” bu dəfə rəqibini evdə qəbul edəcək.
Bu oyunda “Liverpul”un həlledici qarşılaşmadakı rəqibinin adı bəlli olacaq.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
4 may
23:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Madrid, "Santyaqo Bernabeu" stadionu. Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 3:4