Ana Sayfa > Karusel / Gündəm > Bu ölkə Ukraynanın zirehli texnikalarını təmir edəcək

Bu ölkə Ukraynanın zirehli texnikalarını təmir edəcək


3-05-2022, 22:59. Yazar: Admin

Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikası Slovakiyanın müdafiə müəssisələrində təmir ediləcək və modernləşdiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin mətbuat katibi Martina Koval-Kakaşçikova məlumat verib.

O qeyd edib ki, Slovakiyanın "Konştrukta-Defence" dövlət səhmdar cəmiyyəti Ukrayna hərbi texnikasının təmiri və modernləşdirilməsi üzrə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, şirkət ilkin olaraq Ukraynanın onlarla BRDM-2 zirehli texnikasını təmir edəcək.


Geri dön