Ana Sayfa > Karusel / Gündəm > Hindistanda yüksək hava temperaturu ölümlə nəticələndi
Hindistanda yüksək hava temperaturu ölümlə nəticələndi3-05-2022, 22:01. Yazar: Admin |
Hindistanın Maharaştra əyalətində havanın temperaturu son 6 ilin ən yüksək səviyyəsinə çatıb. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, istilər nəticəsində 25 nəfər həyatını itirib. Səhiyyə Nazirliyi bildirir ki, 2022-ci ildə may ayının əvvəlinə kimi 381 isti vurma hadisəsi qeydə alınıb. Son həftələr yarımadanın bir çox yerlərində, xüsusilə Hindistan və Pakistanda temperatur təhlükəli dərəcədə yüksək olub. Aprelin 28-də Hindistanın paytaxtı Dehlidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Ölkənin şərqindəki Odişa əyalətində məktəblər bir həftə bağlanıb. Ölkənin bir çox bölgəsində havanın temperaturunun 45 dərəcəni keçdiyi bildirilib. Geri dön |