Ana Sayfa > Karusel / Gündəm > Makron Putinə sülhün bərpası üçün kömək etməyə hazır olduğunu deyib

Makron Putinə sülhün bərpası üçün kömək etməyə hazır olduğunu deyib


3-05-2022, 20:47. Yazar: Admin

Fransa Prezidenti Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə söhbətində Mariupol və Donbassdakı vəziyyətdən narahatlığını bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Yelisey sarayə məlumat yayıb.

Fransalı lider Rusiyanı “Azovstal” zavodunun ərazisindən evakuasiyaya yardımı davam etdirməyə çağırıb.

Fransa Prezidenti, Ukrayna münaqişəsinin nəticələrinə ciddi yanaşdığını bir daha bəyan edib.

O, Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz məsuliyyətinə uyğun hərəkət etməyə çağırıb.

Makron həmçinin Putinə sülhün bərpası naminə razılaşmaların əldə olunmasına kömək etməyə hazır olduğunu bildirib.


Geri dön