Ana Sayfa > Karusel / Gündəm > İsrailin xarici işlər naziri Lavrova "alçaq" dedi
İsrailin xarici işlər naziri Lavrova "alçaq" dedi3-05-2022, 19:50. Yazar: Admin |
İsrailin baş naziri Naftali Bennet Rusiya XİN rəhbəri Sergey Lavrovun italyan jurnalistlərinə verdiyi müsahibə zamanı qalmaqallı bəyanatını şərh edib. Xəbər verildiyi kimi, "Ağ zona" tok- şousunda çıxış edərək, Rusiya xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, "Hitler də yəhudi olub", "ən qatı antisemitlər isə bir qayda olaraq yəhudilər olub". "Mən təəccüb və heyrət içindəyəm. Çox təəssüf ki, bu cəfəng və ağır şeylər söylənilib. Mən izahat və üzrxahlıq gözləyirəm". Xəbər verildiyi kimi, İsrailin xarici işlər naziri Yair Lapid də Lavrovun qəbuledilməz sözlərinə münasibət bildirib. "Lavrovun dedikləri nəinki bağışlanılası və qəzəbdoğurucudur, onlar həm də dəhşətli tarixi yanlışlıqdır". Yəhudilər Xolokost zamanı özləri özlərini qətlə yetirməyib. Yəhudilərin özünü antisemitizmdə ittiham etmək onlara qarşı irqçiliyin ən alçaq təzahürüdür" Geri dön |