Ana Sayfa > Karusel / Gündəm > Moskvada hündürmərtəbəli binada güclü yanğın olub

Moskvada hündürmərtəbəli binada güclü yanğın olub


3-05-2022, 19:03. Yazar: Admin

Moskvada hündürmərtəbəli binada güclü yanğın olub

Moskva vilayətinin Mıtışi şəhərində hündürmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, yanğın nəticəsində üç nəfər ölüb.

Hazırda yanğının davam etdiyi binadan yanğınsöndürənlər ikisi uşaq olmaqla 8 nəfəri xilas edə biliblər.

Binanın bir sakini yanğından xilas olmağa çalışaraq dördüncü mərtəbədən özünü atıb. O, təcili yardım maşınında ölüb. Digər iki nəfər isə liftdə ölüb.


Geri dön