Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Kubokunda final oyununun stadionu dəqiqləşib

Azərbaycan Kubokunda final oyununun stadionu dəqiqləşib


3-05-2022, 18:48. Yazar: Admin

Azərbaycan Kubokunda final oyununun stadionu dəqiqləşib

Azərbaycan Kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

Qarabaginfo.az-ın məlumatına görə, “Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.

Matç 27 may saat 19:00 tarixinə təyin olunub. Final görüşünün nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi 5 may saat 12:00-da AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək. (apasport.az)


Geri dön