Ana Sayfa > Karusel / Region > Mingəçevirdə azyaşlı qız 4-cü mərtəbədən düşüb

Mingəçevirdə azyaşlı qız 4-cü mərtəbədən düşüb


3-05-2022, 16:44. Yazar: Admin

Mingəçevirdə azyaşlı qız 4-cü mərtəbədən düşüb

Mingəçevirdə bədbəxt hadisə baş verib. Azyaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.

Hadisə şəhərin V. Abdullayev küçəsi Ev 6 mənzil 46 ünvanında qeydə alınıb. Nənəsi evinə qonaq gələn 9 yaşlı Dəniz Hüseynli binanın 4-cü mərtəbəsinin eyvanından yerə düşüb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan D. Hüseynli Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön