Ana Sayfa > Karusel / Gündəm > Conson Radada çıxış etdi: Ukrayna qalib gələcək!

Conson Radada çıxış etdi: Ukrayna qalib gələcək!


3-05-2022, 16:28. Yazar: Admin

 

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniya Baş naziri Boris Conson Ali Rada qarşısında çıxış edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak məlumat yayıb.

“Vladimir Zelenski Ali Radada çıxış etdi. Çıxış zamanı o, görüşə onlayn qatılan Boris Consonu salamladı”, - deputat bildirib.

Digər ukraynalı deputat Aleksey Qonçarenko Boris Consonun çıxış etdiyini bildirib:

“Dəstək sözləri və raketlər, radarlar da daxil olmaqla, yeni hərbi yardım paketi ilə yanaşı Britaniya Baş naziri əsl sözü dedi: Ukrayna qalib gələcək!”.

 


Geri dön