Ana Sayfa > Karusel / İdman > “Qarabağ” bu gün çempionluğunu rəsmiləşdirə bilər
“Qarabağ” bu gün çempionluğunu rəsmiləşdirə bilər3-05-2022, 09:45. Yazar: Admin |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək. Qarabaginfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Tura bölgədə keçirilən “Şamaxı” - “Səbail” matçı ilə start veriləcək. Günün maraqlı qarşılaşması isə Bakıda “Qarabağ”la “Sabah” arasında baş tutacaq. Belə ki, bu qarşılaşmada qazanılacaq 1 xal belə Qurban Qurbanovun komandasının vaxtından əvvəl çempionluğunu rəsmiləşdirəcək. Azərbaycan Premyer Liqası, 25-ci tur 3 may 16:30. “Şamaxı” – “Səbail” 19:00. “Qarabağ” – “Sabah” Qeyd edək ki, tura mayın 4-də keçiriləcək “Zirə” - “Qəbələ” və “Sumqayıt” - “Neftçi” oyunları ilə yekun vurulacaq. Geri dön |