Ana Sayfa > Karusel / Siyasət > Deputatların “WhatsApp” qrupu YARADILDI

Deputatların “WhatsApp” qrupu YARADILDI


3-04-2020, 11:32. Yazar: Admin

Milli Məclisin deputatlarının “WhatsApp” qrupu yaradılıb.

Qarabaginfo.az xəbər verir ki “Deputat 2020” adlı “WhatsApp” qrupunun yaradılması Milli Məclisin plenar iclaslarının internet vasitəsilə keçirilməsi istiqamətində atılan addımlardan biridir. 

Qeyd edək ki, Milli Məclisin martın 30-da keçirilən plenar iclasında parlamentin plenar iclaslarının internet vasitəsilə keçirilməsi üçün Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edilib. 

Dəyişiklikdə qeyd olunur: "Karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir". "Modern"


Geri dön