Ana Sayfa > Karusel / Region / İqtisadiyyat > Avropada elektrik qiymətləri bahalaşıb - STATİSTİKA

Avropada elektrik qiymətləri bahalaşıb - STATİSTİKA


3-05-2022, 07:30. Yazar: Admin

Avropada elektrik qiymətləri bahalaşıb - STATİSTİKA

Avropada yanvar ayı ilə müqayisədə elektrik enerjisi bahalaşıb.

Qarabaginfo.az xəbər verir ki, qiymət artımı ölkələrə görə fərqli olub. Ən ciddi artım 103%-lə Bolqarıstanda qeydə alınıb. Növbəti yerləri Yunanıstan (+96%) və Estoniya (+83%) bölüşür.
Bəzi ölkələrdə isə azalma müşahidə olunub: Slovakiya (-12%), Çexiya (-5%) və Portuqaliya (-1%).

Tariflərə gəlincə, ən ucuz elektrik Lüksemburqdadır: 100 kWh üçün 19,89 avro. Hersoqluqda il başlayandan qiymət demək olar dəyişməyib. Avropa üçün elektrikin orta qiyməti 100 kWh üçün 23,69 avro təşkil edir.

Qitədə ən baha enerji Danimarkadadır - 100 kWh üçün 34,48 avro. Növbəti yerlərdə Almaniya (32,34), Belçika (29,94) və Fransa (20,22) gəlir.


Geri dön