Ana Sayfa > Karusel / Gündəm > ABŞ Prezidenti Nensi Pelosi ilə Kiyevə səfərini müzakirə edib
ABŞ Prezidenti Nensi Pelosi ilə Kiyevə səfərini müzakirə edib2-05-2022, 01:55. Yazar: Admin |
ABŞ Prezidenti Cozef Bayden Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə Kiyevə səfərini müzakirə edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir. Qeyd oluunb ki, ABŞ Prezident C. Bayden Kiyevə səfərindən sonra Polşaya gələn Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə telefonla zəng edib. Telefon danışığı zamanı Pelosinin Ukrayna səfəri və Ukrayna Prezident Volodimir Zelenski ilə görüşü müzakirə edilib. Demokratlar Partiyasını təmsil edən və ABŞ hökumət iyerarxiyasında üçüncü ən yüksək vəzifəyə sahib olan Pelosi bazar günü bir qrup ABŞ qanunvericisi ilə V. Zelenski ilə görüşüb. Nümayəndələr Palatasının spikerinin sözlərinə görə, onun Kiyevə səfərinin məqsədi ABŞ-ın Ukraynanı güclü şəkildə dəstəklədiyini nümayiş etdirmək olub. Geri dön |