Ana Sayfa > Karusel / Gündəm > Rüstəm Orucov bürünc medal qazanıb, Hidayət Heydərov Avropa çempionu olub

Rüstəm Orucov bürünc medal qazanıb, Hidayət Heydərov Avropa çempionu olub


30-04-2022, 18:17. Yazar: Admin

Rüstəm Orucov və Hidayət Heydərov

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Qarabaginfo.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü tatami üzərinə çıxıb.

Bunlar yığmamızın əsas medal ümidləri Rüstəm Orucov və Hidayət Heydərov olub.

Eyni çəkidə çıxış edən hər iki cüdoçu medal qazanıb. Heydərov qızıl, Orucov isə bürünc mükafata layiq görülüb.


Geri dön