Ana Sayfa > Karusel / Gündəm > İranda 1500-dən çox məhbus əfv edilib

İranda 1500-dən çox məhbus əfv edilib


30-04-2022, 18:07. Yazar: Admin

Seyid Əli Xamenei

İranın Ali Rəhbəri Seyid Əli Xamenei Ramazan bayramı münasibətilə 1542 məhbusun əfv olunması barədə fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

İranın Məhkəmə Sisteminin rəhbəri Qulamhüseyn Möhsini Əjeyi Ramazan bayramı ilə əlaqədar Xameneiyə məktubla müraciət edib. Məktubda 1542 məhbusun əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və ya azaldılması xahiş olunub.


Geri dön