Ana Sayfa > Karusel / Region > Ərdoğan Makronun seçkidəki qələbəsindən razı qalıb
Ərdoğan Makronun seçkidəki qələbəsindən razı qalıb30-04-2022, 16:15. Yazar: Admin |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada keçirilən seçkilərin nəticələrindən danışıb. "Düzünü desəm, Fransa seçkilərində ekstremistlərin məğlub olması bütün dünyamız üçün nailiyyətdir. Çünki nə əziyyət çəkiriksə, biz ekstremizmdən əziyyət çəkirik. Hətta dostlarımla görüşlərimdə belə demişəm: "Makronu tanıyırıq. Münasibətlərimiz müəyyən nöqtədədir. Ona görə də Makronun seçki zəfəri Türkiyə-Fransa münasibətləri baxımından çox daha doğru olacaq". Arzularımız gerçəkləşdi. Amma hər şeydən əvvəl Makronun ağıllı siyasəti olduğunu düşünürəm. Məlum oldu ki, Makronun əleyhdarları Fransanın strukturunu, sosioloji quruluşunu çox yaxşı təhlil edə bilmirlər. Yəni onların İslama düşmənçilikləri, xüsusilə də hicaba ifrat münasibəti, müsəlmanlara qarşı tətbiqlərini çox açıq şəkildə ortaya qoymaları, təbii ki, Makronu ikinci turda ön plana çıxardı.
“Həmin görüşdə Türkiyə-Fransa münasibətlərini gələcək dövrdə necə planlaşdıracağımızdan, hansı addımlar atacağımızdan danışdıq. Ümid edirəm ki, bu seçkinin nəticəsi ilə aramızdakı münasibətlər daha yaxşı vəziyyətə düşəcək”. Aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Emmanuel Makron və ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen prezidentlik uğrunda mübarizə aparıblar. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bülletenlərin 100%-i hesablandıqdan sonra Makron 58,54%, Le Pen 41,46% səs toplayıb.(modern.az) Geri dön |