Ana Sayfa > Karusel / Region > 90-a yaxın tələbə iftarda zəhərləndi

90-a yaxın tələbə iftarda zəhərləndi


30-04-2022, 15:15. Yazar: Admin

Türkiyədə iftar mərasimində kütləvi zəhərlənmə olub.

 

Qarabaqinfo.az xəbər verir ki, Samsun Ondokuz May Universitetində (OMU) təhsil alan əcnəbi tələbələr üçün iftar süfrəsi açılıb.

 

İftar yeməyinə qatılan İraq, Suriya, Mərakeş, Fələstin, Əlcəzair, İordaniya, Misir, Sudan, Kamerun və Yəməndən olan tələbələrin də olduğu 90-a yaxın gənc yeməkdən zəhərlənib.

 

Tələbələr qusma, ishal, qızdırma və halsızlıq şikayətləri ilə xəstəxanaya aparılıb. Onların durumu kafi qiymətləndirilir.


Geri dön