Ana Sayfa > Karusel / Region > Azərbaycan XİN Ararat Mirzoyana cavab verib
Azərbaycan XİN Ararat Mirzoyana cavab verib30-04-2022, 13:20. Yazar: Admin |
“Ümumiyyətlə, dövlətlərarası münasibətlərdə eramızdan əvvəl mövcud olan tarixə və mifologiyalara istinad halları bir qayda olaraq istifadə olunan təcrübə deyil. Qonşu Ermənistan xarici işlər nazirinin belə yanaşması rast gəldiyimiz həmin o nadir hallardandır”. Qarabaginfo.az xəbər verir ki,bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Apa-nın sualını cavablandırarkən deyib. “Ciddiyyətə geri dönsək, Azərbaycan dövlət başçısının qeyd etdiyi kimi, sərhədlərin delimitasiyası prosesi çərçivəsində müvafiq xəritələrdən istifadə edilməsi birgə sərhəd komissiyalarının danışıqlarının tərkib hissəsi olacaq və biz hüquqi əsası olan bütün xəritələrdən istifadə edəcəyik”, - XİN rəsmisi qeyd edib. Xatırladaq ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan, Azərbaycan Respublikası Prezidentinin sərhədlərin delimitasiyası çərçivəsində əsas kimi götürülə biləcək xəritələrlə bağlı söylədiklərini şərh edərək qədim tarixə ekskurs edib. Geri dön |