Ana Sayfa > Karusel / Siyasət / Region > Lavrov: “Qərb Rusiyadan 300 milyard dollar pul oğurlayıb”

Lavrov: “Qərb Rusiyadan 300 milyard dollar pul oğurlayıb”


30-04-2022, 12:26. Yazar: Admin

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb istehlak etdiyi qaza görə ödəniləcək pulu Rusiya Federasiyasından oğurlayıb və təxminən 300 milyard dolları verməkdən boyun qaçırıb.

 

Qarabaqinfo.az xəbər verir ki, Lavrov bu barədə “Əl Ərəbiyyə” telekanalına müsahibəsində danışıb.


“Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra qərbli “dostlarımız” bizim 300 milyard dollardan çox pulumuzu dondurmaqla, əslində qaza görə ödədiklərini özləri oğurlayıblar”, - deyən Lavrovun qeyd edib ki, Rusiya strateji əhəmiyyət kəsb edən məsələlərdə Qərbə arxalana bilməz.
 

“Biz artıq ən mühüm nəticəyə gəlmişik: biz heç nəyə görə Qərbə arxalana bilmərik, xüsusən də iqtisadiyyat, texnologiya, ərzaq, strateji əhəmiyyət kəsb edən digər gündəlik tələbat sahələrində”.


Nazir Rusiyanın özünü təmin etməsinin vacibliyini vurğulayaraq, münasibətlərin bərpa oluna biləcəyini istisna etməyib.
 

"Heç vaxt deməyəcəyik ki, heç kimlə münasibət saxlamayacağıq. Əgər insanlar ciddi şəkildə səhv etdiklərini başa düşsələr, biz gələcəkdə münasibətləri yeniləməyə çalışacağıq. İstənilən halda, ölkəmizin həyatı  naminə əsas sahələrdə özümüzü təmin etməliyik”, - deyə Lavrov bildirib.


Qlobal ərzaq böhranı ilə bağlı Qərbin Rusiyaya qarşı ittihamlarına toxunan nazir bunun təzə başlamadığını qeyd edib.
 

"Bu, bir neçə il əvvəl bəzi səbəblərə, o cümlədən koronavirus infeksiyasına, eləcə də Qərb ölkələrinin yanlış hesablamalarına görə başladı. Onlar qida zəncirlərini öz istiqamətlərinə yönəltməklə həddən artıq məşğul idilər. Və təbii ki, mövcud vəziyyət problemi daha da dərinləşdirdi”.
 

Nazir qeyd edib ki, böhranın kəskinləşməsinin əsas səbəbi anti-Rusiya sanksiyaları olub.
 

"Qərbin sanksiyaları bütün mövcud qida tədarükü zəncirlərini məhv edib. Məsələn, Ukrayna ərazisində Qara və Azov dənizlərində onlarla xarici gəmilər sanksiyalara məruz qaldıqları üçün dayanıb. Biz onları azad etməyə hazırıq və Ukrayna hökuməti bu məsələdə bizimlə əməkdaşlıq etmir”, - Lavrov bildirib.


Geri dön