Ana Sayfa > Karusel / Region > SOCAR Ukraynada benzini bahalaşdırıb - Qiymətlər rekord qırır
SOCAR Ukraynada benzini bahalaşdırıb - Qiymətlər rekord qırır30-04-2022, 12:19. Yazar: Admin |
“Ukraynanın yanacaq bazarında vəziyyət yerli əhali üçün kifayət qədər çətin olaraq qalır. Bəzi yanacaqdoldurma məntəqələrində onu ümumiyyətlə ala bilməzsiniz və gələcəkdə qiymət yalnız artacaq”.
Bildirilib ki, aprelin sonunda yanacaqdoldurma məntəqələrində yenidən A-95+ markalı benzin peyda olub. Onu Avtotrans, Catral, Avias, OKKO, Socar şəbəkələrində almaq olar. Qiymətlər 1 litrə görə 35,79 qrivnadan başlayır, bazarda orta qiymət isə 36,41 qrivna təşkil edir. Adi A-95 markalı benzinin litri 34,57 qrivnadan satılır. Onun növünün ən aşağı qiyməti 33,81 qrivna təşkil edir.
Litri 37,61 qrivnadan başlayan və 40,65 qrivnaya çatan dizel yanacağı üçün qiymətlərin çox geniş diapazonu var. Dizelin orta hesablı qiyməti 39,23 qrivna təşkil edir.
İqtisadiyyat Nazirliyi əmin edib ki, yanacaqdoldurma məntəqələrində yaranan yanacaq çatışmazlığı probleminin həlli üzərində işləyirlər. Bazardakı problemlər Rusiya qoşunları tərəfindən neft bazaları və fabriklərin sistemli şəkildə məhv edilməsi ilə izah olunur. Xüsusilə, əhəmiyyətli yanacaq ehtiyatlarının olduğu Kremençuq neft emalı zavoduna olan hücumlar diqqətə çatdırilıb. “Treyderlər artıq Qərbi Avropadan Ukraynaya benzin tədarükü ilə bağlı razılığa gəliblər. Yaxın gələcəkdə növbəti partiya gətirilməlidir. Ancaq xaricdən mal almaq qiymətləri qaldıracaq”, - deyə məqalədə vurğulanır. Ukraynada uzun müddətdir ki, bazarda qıtlıq və benzin, dizel və hətta avtoqazın qiymətinin qalxacağı proqnozlaşdırılırdı. Hazırda sürücülər yanacaqdoldurma məntəqələrində məhdudiyyətlərlə üzləşirlər - bir sürücüyə 10 litrə qədər yanacaq satılır. Geri dön |