Ana Sayfa > Karusel / Region > Niderland hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya ekspert qrupu göndərir

Niderland hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya ekspert qrupu göndərir


30-04-2022, 04:52. Yazar: Admin

Ukraynada hərbi cinayətlərin təhqiqatına dair təşəbbüs irəli sürüləcək

Niderland hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya 30-a yaxın mütəxəssis göndərəcək.

Qarabaginfo.z TASS-a istinadən xəbər verir ki, bu barədə Niderland hökumətinin yaydığı məlumatda deyilir.

Komandaya hərbi polis müstəntiqləri, məhkəmə-tibb ekspertləri, partlayıcı maddələr üzrə mütəxəssislər, tibb işçiləri və tərcüməçi daxildir.

"İstintaq qrupu mayın əvvəlində işə başlayacaq və ilkin olaraq iki həftə müddətinə yerləşdiriləcək. Onlar öz işlərini Kiyev ətrafında müxtəlif yerlərdə aparacaqlar", - hökumət qeyd edib.

Mütəxəssislər Beynəlxalq Cinayət Məhkəməsinin bayrağı altında fəaliyyət göstərəcək və alınan bütün məlumatları bu quruma ötürəcək.


Geri dön