Ana Sayfa > Karusel / Siyasət > Prezident: "Qarabağda çoxlu su resursları var ki, biz onları, həmçinin Azərbaycanın digər hissələrinə yönləndirəcəyik"

Prezident: "Qarabağda çoxlu su resursları var ki, biz onları, həmçinin Azərbaycanın digər hissələrinə yönləndirəcəyik"


30-04-2022, 04:12. Yazar: Admin

 

Prezident: "Qarabağda çoxlu su resursları var ki, biz onları, həmçinin Azərbaycanın digər hissələrinə yönləndirəcəyik"

“Ən vacib məqam müəyyən vaxta ehtiyac olan su paylanması ilə bağlıdır. Çünki biz 30 il ərzində çaylarımızdan məhrum olmuşduq”.

Qarabaginfo.az xəbər verir ki, bu sözlər Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

“Ermənistan yaz və yayda, bizim suya ehtiyacımız olanda Tərtər çayının qarşısını bağlayır və yüz minlərlə hektar ərazilərimizdə quraqlıq yaradırdı və sonra qışda onlar çayın qarşısını açır və sel yaradırdılar.”

Dövlət başçısı bildirib ki, bu ekoloji terror idi.

“Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyası bir neçə il bundan əvvəl bu məsələ ilə bağlı xüsusi hesabat hazırlamışdı. Səsvermə ilə qəbul edilmiş həmin sənəddə Ermənistanı bu ekoloji terrora görə qınamışdı. Amma Qarabağda çoxlu su resursları var ki, biz onları, həmçinin Azərbaycanın digər hissələrinə yönləndirəcəyik və bu, bizə yalnız bütövlükdə Qarabağın suvarılmasına deyil, bu suyu Azərbaycanın su problemi olan digər ərazilərinə də gətirməyə imkan verəcək. Bu, sürətli və səmərəli inteqrasiya olacaq”.


Geri dön