Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prrezidenti: "Biz həqiqətən də Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik"
Azərbaycan Prrezidenti: "Biz həqiqətən də Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik"30-04-2022, 04:09. Yazar: Admin |
“Nəqliyyat dəhlizlərinə gəlincə, əlbəttə, biz onların qısa müddətdə reallaşdırılmasını istəyirik. Ermənistan, nəhayət, qərar verməlidir ki, onlar bunu necə görmək istəyirlər”. Qarabaginfo.az xəbər verir ki, bu sözlər Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. “Mən artıq bu haqda danışdım, əlavə edim ki, biz həqiqətən də Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik və Ermənistanın bunun bir hissəsi olması üçün biz, hətta elektrik xətləri haqqında düşünə bilərik. Yeri gəlmişkən, İranla imzaladığımız anlaşma memorandumunda biz avtomobil və dəmir yolları ilə yanaşı, elektrik kabellərinin keçidi ilə bağlı məsələləri əks etdirmişik. Çünki bu da elektrik enerjisinin ixracı yollarından biridir”,-deyə dövlət başçısı bildirib. Geri dön |