Ana Sayfa > Karusel / Gündəm > Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var


29-04-2022, 23:44. Yazar: Admin

Göygöldə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Qarabaginfo.az-ın məlumatına görə, iki "VAZ" avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Belə ki, 2008-ci il təvəllüdlü Ü.Zeynallı, 1985-ci il təvəllüdlü E.Vəiiyeva, 1987-ci il təvəllüdlü N.Haciyev, 2001-ci il təvəllüdlü K.Abbasov, 1982-ci il təvəllüdlü V.Zeynalov və 2001-ci il təvəllüdlü E.Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.


Geri dön