Ana Sayfa > Karusel / Gündəm > Gəncədə avtobus sürücüsü sükan arxasında ölüb

Gəncədə avtobus sürücüsü sükan arxasında ölüb


29-04-2022, 21:22. Yazar: Admin

Gəncədə avtobus sürücüsü sükan arxasında ölüb

Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü Orucov İlqar özünü narahat hiss etdiyindən avtobusu saxlayıb.

Sonradan onun sükan arxasında öldüyü məlum olub.

İlkin məlumata görə sürücü infarkt (ürək tutmasından) keçirib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön