Ana Sayfa > Karusel / Gündəm > Gəncə-Daşkəsən, Lənkəran-Astara Regional Təhsil idarələrinə yeni müdir təyin olunub

Gəncə-Daşkəsən, Lənkəran-Astara Regional Təhsil idarələrinə yeni müdir təyin olunub


29-04-2022, 21:02. Yazar: Admin

Gəncə-Daşkəsən, Lənkəran-Astara Regional Təhsil idarələrinə yeni müdir təyin olunub

Lənkəran-Astara Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat yayıb.

Bu vəzifətyə Təhsil İnstitutunun metodik dəstək mərkəzinin şöbə müdürü Elxan Nəcəfov təyinat alıb.

Həmçinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə də müdir təyin olunub.

Bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Anar Qədiməliyev təyinat alıb.

Regional Gəncə Təhsil idarəsinə Gəncə, Naftalan şəhərləri, o cümlədən Goranboy, Samux, Daşkəsən, Göygöl təhsil şöbələri tabedir.

Qeyd edək ki, A.Qədiməliyev bu təyinatadək Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.


Geri dön