Ana Sayfa > Karusel / Gündəm > Lavrovla Mirzoyan komissiyanın fəaliyyətə başlamasını müzakirə etdilər

Lavrovla Mirzoyan komissiyanın fəaliyyətə başlamasını müzakirə etdilər


29-04-2022, 19:31. Yazar: Admin

Lavrovla Mirzoyan komissiyanın fəaliyyətə başlamasını müzakirə etdilər

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın telefon danışığı olub.

Qarabaginfo.az erməni KİV-nə istinadən xəbər verir ki, onlar telefon danışığı zamnı Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlamasını müzakirə ediblər.

“Regional kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlaması və regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün layihə fəaliyyətləri müzakirə olundu”, - məlumatda deyilir. 

Bildirilir ki, telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı da fikir mübadiləsi aparılıb.


Geri dön