Ana Sayfa > Karusel / Gündəm > Energetika Nazirliyinin gəlirləri 14% artıb
Energetika Nazirliyinin gəlirləri 14% artıb29-04-2022, 19:19. Yazar: Admin |
Ötən ilin nəticələrinə görə Azərbaycan Respublikası Energetika Nazirliyinin gəlirləri 9 473 972 manat təşkil edib, bu da illik müqayisədə 14% artım deməkdir. Bu barədə Qarabaginfo.az Nazirliyin 2021-ci il üzrə maliyyə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir. Hesabata əsasən, Nazilirlik tərəfindən əldə olunan gəlirlərin 9 471 947 manatı qeyri-birja əməliyyatlarının, 2 025 manatı isə birja əməliyyatlarının payına düşüb. Qeyd etmək lazımdır ki, 2020-ci ildə Nazirliyin gəlirləri 8 306 568 manat təşkil edib, bunların 8 096 624 manatı manatı qeyri-birja əməliyyatlarından, 3 750 manatı isə birja əməliyyatlarından əldə olunub. (apa.az) Geri dön |