Ana Sayfa > Karusel / Gündəm > "Lotu Quli"nin adamını qətlə yetirən avtoritet ifadə verib
"Lotu Quli"nin adamını qətlə yetirən avtoritet ifadə verib29-04-2022, 18:04. Yazar: Admin |
Rusiyada 2017-ci ildə “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənovun məhkəmə araşdırması davam edib. Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs özünün təqsirli bilmədiyini deyib. O, Cabir Həsənovu qətlə yetirmədiyini bildirib: "Hadisə olan gün Sankt-Peterburqda olmuşam, oteldə qalmışam. Oradan Minskə gedib, Azərbaycana qayıtmışam. İndi isə törətmədiyim cinayətə görə mühakimə olunuram". Prokurorun suallarına cavab verən Camal Həsənov qeyd edib ki, kriminal aləmlə əlaqəsi yoxdur. Məhkəmədə məlum olub ki, iş üzrə zərərçəkənin hüquqi varisi və şahidlər Rusiyada yaşayırlar. Təqsirləndirilən şəxs şahidlərin məhkəməyə gətirilərək ifadə vermələrini tələb edib: "Müstəntiqin da şahid kimi dindirilməsini tələb edirəm. Bu iş başdan-ayağa uydurulmadır". Proses mayın 13-də davam etdiriləcək. Qeyd edək ki, hadisə 2017-ci ildə Rusiyada baş verib. Camal Həsənov zərərçəkən Həsənov Cabir Heyqubad oğlunun iştirak etdiyi müxtəlif məclislərdə kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunu 2016-cı il avqustun 18-də Türkiyədə qətlə yetirilməsində iştirak dediyini eşidib. Bu səbəbdən onu öldürmək üçün Rusiyaya gedib. “Rövşən Lənkəranski”yə pərəstiş edən “Yeraz Camal” Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburqa gedərək C.Həsənovu odlu silahdan istifadə edərək güllələyərək öldürüb. Camal Həsənov ötən il oktyabrında hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham verilib. Geri dön |