Ana Sayfa > Karusel / Siyasət > Lavrov və Mirzoyan Azərbaycanla sülh müqaviləsini müzakirə edib
Lavrov və Mirzoyan Azərbaycanla sülh müqaviləsini müzakirə edib29-04-2022, 17:29. Yazar: Admin |
Rusiya xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Ararat Murzoyan arasında bu gün baş tutmuş telefon danışığı zamanı regional kontekstdə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların icrası, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlaması və regiondakı nəqliyyat və iqtisadi əlaqələrin açılması üçün layihə fəaliyyətlərini nəzərdən keçirilib. Qarabaginfo.az-ın Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bundan başqa, nazirlər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı fikir mübadiləsi aparıblar.
Geri dön |