Ana Sayfa > Karusel / Gündəm > İstanbulda boya fabrikində yanğın - 3 ölü, 9 yaralı

İstanbulda boya fabrikində yanğın - 3 ölü, 9 yaralı


29-04-2022, 16:15. Yazar: Admin

İstanbulda boya fabrikində yanğın

 

Türkiyənin İstanbul şəhərində boya fabrikində yanğın olub.

Qarabaginfo.az “NTV”yə istinadən xəbər verir ki, yanğından sonra şiddətli partlayışlar baş verib.

Nəticədə 3 işçi həlak olub, daha 9 nəfər isə yaralanıb.

Partlayış nəticəsində ətrafa beton parçaları səpilib və ətrafdakı bəzi maşın və evlərə zərər dəyib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını nəzarət altına alıb.

 

 


Geri dön