Ana Sayfa > Karusel / İdman > İran Gəncədə polislərə hücumda iştirak edən 20 nəfərin Azərbaycana verilməsindən imtina edib

İran Gəncədə polislərə hücumda iştirak edən 20 nəfərin Azərbaycana verilməsindən imtina edib


29-04-2022, 15:41. Yazar: Admin

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans

 

"Cinayət əməllərində birbaşa iştiraklarına dair sübutlar olan bəzi azərbaycanlılar İranda sığınacaq tapıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirak edən iranlı ekspertin iddialarına cavabında bildirib.

Dövlət başçısı qeyd edib ki, həmin şəxslər Azərbaycana qarşı normal cəmiyyətlərdə uyğun hesab edilməyən ifadələr işlətməklə yanaşı, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməkdən də çəkinmirlər və İran həmin şəxsləri rəsmi müraciətə baxmayaraq, Azərbaycana təhvil vermir: “İranda sığınacaq tapan bir çox insan var ki, müntəzəm olaraq Azərbaycana qarşı ərazi iddiaları səsləndirirlər. Aktauda Xəzəryanı ölkələrin sammiti vaxtı ozamankı Prezident Həsən Ruhani ilə görüşdə mən ona İranda yaşayan və müntəzəm olaraq media və sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı sadəcə ərazi iddiaları irəli sürməklə kifayətlənməyib, normal cəmiyyətlərdə uyğun hesab edilməyən lüğətdən istifadə edən təxminən 20 azərbaycanlıdan ibarət siyahını verdim. Biz bu insanların Gəncə şəhərində polislərə ölümcül hücumda birbaşa iştiraklarına görə Azərbaycana təhvil verilmələrini tələb etdik və bizim sübutlarımız var. Təəssüf ki, onların heç biri təhvil verilməyib”.


Geri dön