Ana Sayfa > Karusel / Gündəm > “Borjomi” istehsalı dayandırdı

“Borjomi” istehsalı dayandırdı


29-04-2022, 15:10. Yazar: Admin

 

“Borjomi” şirkəti Ukraynadakı vəziyyətin yaratdığı maliyyə problemlərinə görə Gürcüstandakı hər iki fabrikdə istehsalı müvəqqəti dayandırdığını bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Ukraynada hərbi əməliyyatlar başlayandan “Borjomi” şirkəti çətin vəziyyətdə idi. Şirkətin vəziyyəti məhsullarının əsas bazarlarında bank hesablarına çıxışın məhdudlaşdırılması ilə daha da ağırlaşdı. Bu, şirkətin valyuta əldə etmək imkanlarını bağladı. Şirkət vəziyyəti yaxşılaşdırmaq ümidi ilə bu günə kimi işlərini davam etdirir, təəssüf ki, hələ buna nail ola bilməyib. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq, şirkət bu gündən etibarən hər iki “Borjomi” qablaşdırma zavodunda istehsal prosesini müvəqqəti dayandırmağa məcburdur”, - məlumatda deyilir.

 


Geri dön