Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda IVECO yük avtomobillərinin istehsalına başlanılır

Azərbaycanda IVECO yük avtomobillərinin istehsalına başlanılır


29-04-2022, 12:06. Yazar: Admin

Azərbaycanda IVECO yük avtomobillərinin istehsalına başlanılır

Azərbaycanda IVECO markalı yüngül, orta və ağır tonajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalına başlanılır.

Sumqayıt Kimya Sənaye Parkından Qarabaginfo.az-a verilən məlumata görə, istehsal prosesi yeni rezident statusu alan “Az-Tex-Import” MMC tərəfindən həyata keçiriləcək.
İnvestisiya dəyəri 19,2 mln. manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək.
Müəssisənin məhsullarının daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.


Geri dön