Ana Sayfa > Karusel / Gündəm > “Azərsun”a dəymiş ziyanı sığorta qarşılayacaq

“Azərsun”a dəymiş ziyanı sığorta qarşılayacaq


29-04-2022, 10:24. Yazar: Admin

Azərsun Holdinq MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı”da baş vermiş yanğına görə sığorta ödənişi veriləcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Report-a holdinqə məxsus, Parkın sığorta olunduğu Azərbaycan Sənaye Sığorta ASC-nin İdarə Heyətinin sədr müavini Samir Məmmədov bildirib.

Bununla belə, o, sığorta ödənişinin məbləği barədə konkret açıqlama verməyib və bu rəqəmin dəymiş ziyan hesablandıqdan sonra məlum olacağını deyib.

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında baş verib. Alov təxminən 5 000 kv.m sahəni əhatə edib.

 


Geri dön