Ana Sayfa > Karusel / Gündəm > “Yanğın zamanı heç bir ekoloji problem yaranmayıb”
“Yanğın zamanı heç bir ekoloji problem yaranmayıb”29-04-2022, 05:00. Yazar: Admin |
“Çox güclü yanğın idi. Artıq demək olar ki, min kvadrat metr ərazidə soyutma və söndürmə işləri gedir. Bu o deməkdir ki, alov 1 saata, saat yarıma lokallaşacaq, bitəcəkdir”. Qarabaginfo.az xəbər verir ki, bu sözləri fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Nazir yanğın ərazisində közərmələrin olacağını, növbətçi yanğınsöndürən maşınların ərazidə səhərə qədər ərazidə qalacağını qeyd edərək deyib: “Yanğın zamanı heç bir ekoloji problem yaranmayıb. Nazirliyin laboratoriyası bir neçə saat əvvəl mütəmadi olaraq cihazlarla, habelə ETSN-in cihazları ilə birgə araşdırma aparıblar. Havada heç bir ciddi zərər müşahidə olunmayıb”. Geri dön |