Ana Sayfa > Karusel / Gündəm > Əfqanıstanda baş verən partlayışlarda 9 nəfər ölüb

Əfqanıstanda baş verən partlayışlarda 9 nəfər ölüb


29-04-2022, 00:06. Yazar: Admin

Əfqanıstanın şimalındakı Bəlx əyalətində iki partlayış nəticəsində azı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Tolo News" telekanalı yerli təhlükəsizlik xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, partlayışlar əyalətin inzibati mərkəzi olan Məzari-Şərif şəhərinin iki rayonunda baş verib.

Belə ki, avtomobillərə yerləşdirilmiş iki partlayıcı qurğu işə düşüb.

Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.


Geri dön