Ana Sayfa > Karusel / Gündəm > Yunanıstan Türkiyənin hava məkanını bir neçə dəfə pozub

Yunanıstan Türkiyənin hava məkanını bir neçə dəfə pozub


28-04-2022, 19:05. Yazar: Admin

Yunanıstan Türkiyənin hava məkanını bir neçə dəfə pozub

Yunanıstan Hərbi Hava Qüvvələri 26-28 aprel 2022-ci il tarixləri arasında Didim, Datça və Dalamanda Türkiyənin hava məkanını dəfələrlə pozaraq ölkənin sahilləri yaxınlığında təxribat xarakterli uçuşlar həyata keçirib.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiçin açıqlamasında deyilir.

Bununla bağlı, o, qeyd edib ki, Yunanıstan Xarici İşlər Nazirliyinin 27 aprel 2022-ci ildə Egey dənizində iki ölkənin hava qüvvələri arasında baş verən hadisələrlə bağlı açıqlamaları həqiqəti əks etdirmir.

“Hərbi Hava Qüvvələrimiz döyüş qaydalarına uyğun olaraq bu təxribatçı uçuşlara və pozuntulara cavab verib. Gərginliyi başlayan və artıran tərəf Yunanıstan olsa da, ölkəmizi əsassız şəkildə ittiham etmək iki ölkə arasında son vaxtlar müsbət gündəm və mehriban qonşuluq münasibətləri ilə bir araya sığmır. Biz yunan tərəfinin təxribatçı hərəkətlər, ritorikasına son qoymasını və bu cür hadisələrin bir daha təkrarlanmaması üçün həm ikitərəfli, həm də NATO çərçivəsində başlanmış Etimad Tədbirləri prosesini səmimi şəkildə dəstəkləməsini gözləyirik”, - deyə bəyanatda bildirilib.


Geri dön