Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Maşın dərəyə aşdı, bir ailənin dörd üzvü yaralandı
Ana Sayfa > Karusel / Gündəm > Maşın dərəyə aşdı, bir ailənin dörd üzvü yaralandı

Maşın dərəyə aşdı, bir ailənin dörd üzvü yaralandı


28-04-2022, 18:47. Yazar: Admin

Maşın dərəyə aşdı, bir ailənin dörd üzvü yaralandı

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İncə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki rayonu, İkinci Biləcik kənd sakini, 1986-cı il təvəllüdlü Elvin Səlim oğlu Rəhimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə, avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü E.Rəhimov, onun həyat yoldaşı və iki övladı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Elvin Rəhimovun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Geri dön