Ana Sayfa > Karusel / Gündəm > Qarabağda rus pasportları paylamağa başlayıblar?| “Ermənistandan olan hərbçilər daha gəlməyəcəklər”

Qarabağda rus pasportları paylamağa başlayıblar?| “Ermənistandan olan hərbçilər daha gəlməyəcəklər”


28-04-2022, 17:20. Yazar: Admin

 

2018/07/345_1532092602.jpg
   
Ermənistan cəmiyyətində Qarabağda qanunsuz məskunlaşmış ermənilərə Rusiya pasportlarının paylanması ilə bağlı şayiələr dolaşır.

Bəzi mənbələrin məlumatına görə, müqavilə əsasında xidmət edən hərbçilərə sülhməramlı kimi xidmətini davam etdirmək təklif olunur və ya sadəcə olaraq evlərinə göndərilir.

Qondarma qurumun “nümayəndəsi” Metakse Hakobyan deyib ki, yayılan xəbərlər fantaziya janrındandır.

“Əvvəla, Rusiya pasportlarından danışım, nəzəri cəhətdən belə bir şey yoxdur, qaldı praktikada olsun. Bur hər hansı bir qanuna və ya qanunauyğunluğa uyğun gəlmir, dərhal istisna edirik, belə bir şey yoxdur”, - deyə o qeyd edib.

O, erməni hərbi qulluqçularla bağlı deyib: “İnsanlar səhv başa düşürlər. İndi yeni çağırış başlayanda indiki hərbçilər tərxis olunacaq, Ermənistandan olan hərbçilər daha Qarabağa gəlməyəcəklər. Müharibədən sonra çağırış zamanı Ermənistandan daha çağırışçımız yox idi, indi 44 günlük müharibədən əvvəlki çağırışçılar xidmətdədirlər. Buna görə də bu, Qarabağdan Ermənistana gedəcək sonuncu qrupdur. Qalanları olduğu kimi qalacaq. Qarabağ “müdafiə ordusu”nda (qanunsuz hərbi birləşmə - red.) çağırış həmişə olduğu kimi davam edəcək. Müqaviləli hərbi qulluqçular da eyni qaydada xidmətlərinə davam edəcəklər”.

Geri dön