Ana Sayfa > Karusel / Təhsil > Emin Əmrullayev məktəblilərin intiharından DANIŞDI
Emin Əmrullayev məktəblilərin intiharından DANIŞDI28-04-2022, 17:00. Yazar: Admin |
Təhsil naziri Emin Əmrullayev məktəblilərin ölüm və intihar hallarından danışıb.
Qarabaginfo.az xəbər verir ki, nazir bu barədə jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, məktəb şagirdlərin həyatının bəlli bir hissəsidir, hamısı deyil.
"Ailə və məktəb bir-biri ilə əməkdaşlıq etməlidir ki, uşaqların psixoloji rifahı normal getsin. Məktəb psixoloqlarından, bir nəfər şəxsdən bütün problemlərin həllini gözləyə bilmərik. Məktəb psixoloqunun öz əmək istiqamətləri var. Məktəb psixoloqu hər bir tələbəyə fərdi xidmət göstərə biləcək deyə bir şey yoxdur. Əgər şagirdlərin davranışında hansısa problem varsa, məktəb müəllimləri və psixoloqları bunu görürsə, ailə ilə, icma ilə təmasda olmalıdır", - nazir vurğulayıb. Geri dön |