Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov İrana səfərə dəvət olundu

Ceyhun Bayramov İrana səfərə dəvət olundu


28-04-2022, 16:24. Yazar: Admin

 

Ceyhun Bayramov İrana səfərə dəvət olundu

 

Xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə Qarabagbinfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar. İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi təqdir olunub.

İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və əldə olunan razılıqların icrası məmnunluqla vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarını İrana səfərə dəvət edib.


Geri dön