Ana Sayfa > Karusel / Gündəm > “Bakıda üçüncü magistral su kəmərinin tikintisinə ehtiyac var” - RƏSMİ

“Bakıda üçüncü magistral su kəmərinin tikintisinə ehtiyac var” - RƏSMİ


28-04-2022, 15:41. Yazar: Admin
“Bakıda üçüncü magistral su kəmərinin tikintisinə ehtiyac var” - RƏSMİ

“Bakı şəhərinin şərq hissəsində mövcud şəbəkələrin dayanıqlı su təchizatını aparmaq və su şəbəkəsi olmayan ərazilərdə şəbəkələrin yaradılması üçün Bakının şərq hissəsində Ceyranbatandan Qala və Zirə istiqamətində üçüncü magistral kəmərin tikintisinə tələb var”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllı qeyd edib ki, Bakının yeni yaşayış massivlərinin ən çox tikildiyi ərazisi şərq hissəsidir.

“Bu ərazidə iki kəmər var. Bunlardan biri 1980-ci illərdə Ceyranbatan-Maştağa kəndi istiqamətində çəkilib. Digəri 2013-cü ildə istismara verilib. Mütləq üçüncü magistral su kəməri çəkilməli və kəmərin üzərində bir neçə yerdə mərkəzi anbarlar tikilməlidir ki, insanların su təminatını aparaq”, - deyə qurumun rəsmisi bildirib.

Onun sözlərinə görə, bu kəmər çəkilməsə, bu gün su olmayan ərazilərə istəsələr də, su verə bilməyəcəklər:

“Şəbəkə qursaq belə, həmin şəbəkələrə verməyə su tapmayacağıq. Bununla bağlı biz hökumətə təkliflərimizi təqdim etmişik”.


Geri dön