Ana Sayfa > Karusel / Region > Narışkin: “Polşa Qərbi Ukraynanı yenidən özünə birləşdirmək planı hazırlayır”
Narışkin: “Polşa Qərbi Ukraynanı yenidən özünə birləşdirmək planı hazırlayır”28-04-2022, 14:37. Yazar: Admin |
Polşa Qərbi Ukraynanı yenidən özünə birləşdirmək planı hazırlayır. Qarabaginfo.az xəbər verir ki, bu bəyanatla Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin çıxış edib. Onun sözlərinə görə, Polşa ilə Ukraynanın birləşməsinin birinci mərhələsi Polşa qoşunlarının Ukraynanın Qərb vilayətlərinə Rusiya Federasiyasından müdafiə bəhanəsi ilə girmək olmalıdır. “Vaşinqton və Varşava Polşanın Ukrayna üzərində hərbi-siyasi nəzarətin qurulması planını işləyib hazırlayırlar. Hazırda Polşa ABŞ administrasiyası ilə Qərbi Ukraynanın birləşdirilməsi aksiyasını müzakirə edir”, - Rusiyanın xarici kəşfiyyatının rəhbəri qeyd edib.(Apa) Geri dön |